Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Niderland Krallığının Bakıdakı səfiri Paulin Eizemanla onlayn formatında görüşüb. Bu barədə Konfederasiyadan məlumat verilib.
Görüş zamanı tərəflər ticarət əlaqələrinin inkişafı perspektivlərini müzakirə ediblər.
Xüsusilə, Eizeman qeyd edib ki, rəsmi Amsterdam Qarabağda işğaldan azad olunan rayonların inkişafında maraqlıdır.
«Azad olunmuş torpaqlarda yenidənqurma işlərində yaxından iştirak etməyə çalışacağıq”, - səfir qeyd edib.
Səfir kənd təsərrüfatı, su təsərrüfatı, irriqasiya sistemləri, şəhərsalma üzrə Niderland şirkətlərinin Azərbaycanda çalışması perspektivlərindən söz açdı.
Öz növbəsində, Musayev bildirib ki, Bakı Niderland Ticarət Evinin açılması təklifini nəzərdən keçirməyə hazırdır.
O vurğulayıb ki, Niderlandda Azərbaycan ticarət evinin açılmasının məhsulların tanıdılması baxımından müsbət rol oynayacaq və qeyd edib ki, bununla bağlı Sahibkarlar Konfederasiyası olaraq Azərbaycan hökuməti qarşısında məsələ qaldırmağa hazırdır.
“Görüşdə əməkdaşlıq imkanları ilə bağlı proqramın hazırlanması qərara alındı”, - məlumatda deyilir. **
X.Nəsirzadə