Cümə axşamı müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının Baş İcraçı Direktoru general-mayor Kamal Azfar ilə görüşüb. Bu barədə Müdafiə Nazilriyindən məlumat verilir.
“Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb”, - məlumatda qeyd olunur.
Tərəflər həmçinin azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi işlərinə pakistanlı mütəxəssislərin də cəlb edilməsi məsələsi, o cümlədən ölkələrimiz arasında hərbi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar. **
X.Nəsirzadə