Ermənistan tərəfi Dağlıq Qarabağda münaqişə zamanı “İsgəndər” OTRK-dən heç birini istifadə etməyib, baş nazir Nikol Paşinyanın onların effektivsiz olması ilə ağlı bəyanatları təəccüb doğurur. Bu barədə cümə axşamı Rusiya Müdafiə Nazirliyindən bildirilib.
“Rusiya Müdafiə Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın bəytanatlarını heyrət və təəccüblə qarşılayıb. O bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda istifadə etdiyi “İsgəndər” raket kompleksləri partlamayıb və yaxud yalnız 10%-i partlayıb”, - RF MN-nin bəyanatında deyilir.
“Bizdə olan obyektiv və etibarlı məlumatlara görə, o cümlədən obyektiv nəzarət sisteminin təsdiqlədiyi məlumatlara görə, Dağlıq Qarabağ münaqişəsi zamanı heç bir “İsgəndər" raket kompleksi tətbiq olunmayıb. Raketlər hamısı Ermənistan Silahlı Qüvvələrinin anbarlandadır”, - Rusiya MN-dən məlumat verilib.
“Görünür, Ermənistanın baş naziri cənab Nikol Paşinyana yanlış məlumat verilib, nəticədə o, dəqiq olmayan məlumatdan istifadə edib”, - bəyanatda deyilir. **