Rusiya fevralın 21-nə $3,7 milyard dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib ki, bu da ötən ilin analoji tarixinə olan göstəriciyə nisbətən 41% çoxdur ($2,6 milyard). Bu barədə RF Kənd Təsərrüfatı Nazirliyinin “Aqroeksport” Mərkəzinin məlumatında deyilir.
Çin Rusiyadan kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınması üzrə liderliyini qoruyub saxlayır ($600 milyon – artım 39%). İkinci yerdə Türkiyə ($564 milyon, artım 42%), üçüncü yerdə Misir ($393 milyon – artım 52%) gəlir. Aİ satınalmaları 7% - $386 milyona qədər artırıb.
Misir və Türkiyə bu dövr ərzində Rusiya taxılının əsas alıcıları olublar (müvafiq olaraq $362 milyon və $351 milyon).
Rusiyadan ərzaq məhsullarının idxalçılarının ilk onluğuna, həmçinin Koreya Respublikası ($235 milyon), Azərbaycan ($134 milyon), Pakistan ($109 milyon), Ukrayna ($101 milyon), Özbəkistan ($83 milyon) və Monqolustan ($78 milyon) daxildir.*