Azərbaycan müəyyən mərhələdə Ermənistanla sülh sazişi imzalaya bilər. Bunu Prezident İlham Əliyev deyib.
“De-fakto 10 noyabr bəyanatı mahiyyətcə sülh müqaviləsidir. Bir ölkə digərini məğlub edir və imzalanmış sənəd Ermənistanın kapitulyasiya sənədidir. Lakin müəyyən mərhələdə Azərbaycan Ermənistanla sülh sazişi imzalaya bilər", - deyə İ.Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.*