Prezident İlham Əliyev bildirib ki, vaxtilə Rusiyaya "İsgəndər" raketlərini Ermənistandan geri almağı və bu ölkəyə pulsuz silah verməyi dayandırmağı təklif edib.
"Bu raketlər Ermənistana veriləndə mən demişdim ki, bu, düzgün addım deyil, bu addım sabitliyin möhkəmlənməsinə yönəlməyib, bu, bizi heç nədən çəkindirməyəcək. Müharibə zamanı (2020-ci ilin payızında - İF) biz Rusiya tərəfinə "İsgəndər" raketlərini geri almağı təklif etmişdik və bu gün də fikrim belədir ki, regionlarda hadisələrin belə faciəli inkişafının qarşısını ala biləcək yeganə yol bu silahları geri almaq və ermənilərə bir daha pulsuz silah verməməkdir", - deyə İ.Əliyev bu gün yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.*
A.Əzizov