Azərbaycanda koronavirus infeksiyasına 219 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 233,989 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 126 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3213 nəfərə çatıb.
Virusa yoluxmuş 228,479 min nəfər (sutka ərzində +180) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 297 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 908 (ötən gün 5 438 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 583,362 min test aparılıb.*
N.Abbasova