Rusiya və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu və Vaqarşak Arutyunyan arasında telefon danışığı zamanı regionda mövcud vəziyyət, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.
“Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələləri, regionda mövcud vəziyyət, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl RF Müdafiə Nazirliyi fevralın 25-də Şoyqu və Arutyunyan arasında telefon danışığının baş tutması barədə məlumat yaymışdı.
Danışıqlar Ermənistanda siyasi böhran fonunda baş tutub.*