Ermənistanın baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi təklifini yenidən prezident Armen Sarkisyana göndərib.
“Prezident Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında fərmanın layihəsini baş nazir aparatına geri göndərmək barədə qərar qəbul edib. Bu qərar mövcud vəziyyətin həllinə kömək etmir”, – deyə Paşinyan özünün Facebook səhifəsində yazıb.
O bildirib ki, müəyyən olunmuş prosedura uyğun olaraq prezidentə Baş Qərargah rəisinin istefası üçün yenidən vəsatət göndərib.*