Azərbaycan Ordusunun hərbi qulluqçusu fevralın 27-də səhər saatlarında təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.
“Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində xidmət keçən hərbi qulluqçu Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub”, - deyə məlumatda bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.*
Ə.Məmmədov