Azərbaycanda koronavirus infeksiyasına 270 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 234,537 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 278 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3220 nəfərə çatıb.
Virusa yoluxmuş 228,768 min nəfər (sutka ərzində +117) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 549 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 444 (ötən gün 7 873 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 598,679 min test aparılıb.*
Ə.Məmmədov