Azərbaycan 2021-ci ilin yanvar ayında $146 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin yanvar ayının göstəricisindən 3,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm xurma ($16,7 milyon – artım 57,4%), qızıl ($9,7 milyon – azalma 40,5%), çiyidli pambıq ($14,3 milyon – artım 38,8%), təmizlənmiş fındıq ($10,2 milyon – azalma 8,9%), polietilen ($6,9 milyon – artım 68,3%), elektrik enerjisi ($56,8 milyon – azalma 25,2%), pomidor ($6,9 milyon – azalma 47,7%), albalı və gilas ($48,6 milyon – artım 15,6%), polipropilen ($10,1 milyon – artım 53%), yağ ($6 milyon, yanvarda ixravc olunmayıb), düzbucaqlı alüminiumplitələr ($5,1 milyon – artım 1,7 dəfə) payına düşüb.
Bu dövrdə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Türkiyə ($52,7 milyon - artım 59.2%), Rusiya ($42,8 milyon – azalma 11,2%), Gürcüstan ($6,4 milyon – azalma 24,7%), İsveçrə ($10 milyon – azalma 41,1%) və Çin ($4,3 milyon – azalma 27,1%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 36%-i Türkiyə, daha 29,3%-i RF-nin payına düşüb.
2020-ci ildə Azərbaycan $1 milyard 9 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $4 milyarda yaxın təşkil edəcək. **
B.Rüstəmbəyov