2021-ci ilin yanvar ayının yekunları üzrə “Azexport.az” portalına $53,9 mln. ümumi məbləğdə ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2020-ci ildə “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri $610,7 mln. təşkil edib və 2019-cu illə müqaisədə 2,5% artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azexport.az” portalını 2016-cı ilin dekabr ayında istifadəyə verib. Fəaliyyət göstəridiyi dövr ərzində “Azexport.az” portalına $2 milyard 249,5 mln. ümumi məbləğdə ixrac sifarişləri daxil olub.**
B.Rüstəmbəyov