Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2021-ci ilin fevral ayında valyuta hərraclarında $437,3 milyon ümumi məbləğdə xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF 2021-ci ilin yanvar ayında valyuta hərraclarında $644,9 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, 2021-ci ilin fevral ayında xarici valyuta satışının həcmi yanvar ayı ilə müqayisədə 32,2% azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2021-ci ilin yanvar-fevral aylarında ARDNF valyuta hərraclarında $1 milyard 82,2 milyon (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 28,3% - İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyuta satışının əsas mənbəyi kimi çıxış edir.
Fond 2020-ci ildə valyuta hərraclarında $7 milyard 303,64 milyon məbləğində xarici valyuta satıb (2019-cu illə müqayisədə artım 10,7% - İF).**
Ə.Məmmədov