“Azərişıq” ASCBakı RETSİ ərazisində enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı daxil olan müraciətlərin icra müddətinə nəzarət edilməsi üçün şirkət seçib.
Şirkətin qalibi "UNI ENERGY SERVICES" MMC olub.
Həmçinin, şirkətDünya Bankının “Doing Business” hesabatında “Azərişıq”ın reytinqinin qiymətləndirməsi zamanı nəzərə alınan müraciətlərin icra müddətinə bir illik nəzarət edəcək.
"UNI ENERGY SERVICES" ilə 295,236 min manat məbləğində müvafiq müqavilə imzalanıb.
Müqavilənin imzalanmasına dair məlumat www.tender.gov.az saytıda dərc olunub.
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova