Azərbaycanda koronavirus infeksiyasına 125 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 234,662 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 270 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 223 nəfərə çatıb.
Virusa yoluxmuş 228,839 min nəfər (sutka ərzində +71) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 600 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 205 (ötən gün 7 444 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 602,884 min test aparılıb.**
B.Rüstəmbəyov