Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, başçısı olduğu hökumət çox səhv buraxıb, lakin bunu ümumxalq sevgisi ilə izah edib.
“Hökumətimizin buraxdığı səhvələrə görə xaldan üzr istəyirəm. Siyasi komandamızın səhv buraxmasının əsas səbəblərindən biri ondan ibarətdir ki, bizi o qədər sevirlər ki, bu sevgini doğrultmaq üçün hər şeyi mükəmməl etmək istəmişik. Mükəmməllik axtarışı əksər hallarda fəaliyyətsizliyə gətirib”, - Paşinyan İrəvanın mərkəzində Respublika meydanında tərtəfdaşları qarşısında mitinq zamanı bəyan edib.
Onun sözlərinə görə, Ermənistanın qarşısında təhlükəsizlik, daxili və xarici siyasətə aid çox sayda çağırışlar var.
“Biz səhv etmək imkanını tükətmişik. Əvvəlki hakimiyyətlərin adından da üzr istəyirəm. Xoşbəxt Ermənistan naminə mübarizədə təslim olmayacağıq”, - Paşinyan bildirib.
O, həmçinin bəyan edib ki, xalqdan hökumətin formalaşdırılması hüququnun əlindən alınmasına imkan verməyəcək.
“Ermənistan xalqı respublikada ən ali hakimiyyət olaraq qalacaq. Hökumətin formalaşdırılması hüququnun xalqın əlindən alınmasına imkan verməyəcəyik. Biz burada indi bu meydanda bunu təsdiq edirik”, - Paşinyan deyib.
Onun sözlərinə görə, “bəziləri düşünürlər ki, onlar hakimiyyəti ələ keçirə biləcəklər, lakin biz buna imkan verməyəcəyik”. **