Rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, Ermənistan müxalifəti bir daha Nikol Paşinyanı devirə bilmədi.
“Görünür, Paşinyanın müxalifət tərəfindən devrilməsi təxirə salınır”, - Korotçenko özünün Telegram kanalında yazıb.
Onun sözlərinə görə, bu gün Ermənistan vətəndaşları 3 qrupa bölünüblər. “Paşinyanın tərəfdarları, Paşinyana qarşı olanlar və ölkəyə İlham Əliyev kimi güclü və müvəffəqiyyətli siyasətçinin rəhbərlik etməsini arzu edənlər. Sonuncular - əksəriyyət təşkil edir”, - Korotçenko vurğulayıb.
O qeyd edir ki, Azərbaycan SSR-də ermənilər xoşbəxt və zəngin yaşayıblar. İndi isə ermənilər bu cür həyatı yalnız xəyal edirlər.
“Sadə erməniyə müstəqiilik nə verib? İki korrupsiyaçı prezidenti, oğru generalları, Sorosun adamı Paşinyanı, Hitlerin əlaltısı Qaregin Njdeyə abidəni (...). Bir də yoxsulluq və həyat perspektivlərinin olmamasını”, - ekspert vurğulayıb. **
R.Əhmədov