2021-ci il fevral ayının 26-na Azərbaycanda pul bazasının həcmi 12 milyard 863 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
30 dekabr 2020-ci il tarixinə pul bazasının həcmi 13 milyard 564,2 milyon manat təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar-fevral aylarında pul bazası 5,2% azalıb.
Cari ilin fevral ayında artım 81 milyon manat (0,6%) təşkil edib.
2020-ci ildə Azərbaycanda pul bazası 11,6% artıb.*
Ə.Məmmədov