Azərbaycanda nizamnamə kapitalı 35 milyon 350 manat olan “Fuzuli Airport” MMC dövlət qeydiyyatına alıb.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Fuzuli Airport” MMC-ni 2021-ci il yanvarın 28-də dövlət qeydiyyatına alıb.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2021-ci ilin yanvar ayında Füzuli şəhərində hava limanının təməlini qoyub. Uçuş-enmə zolağının uzunluğu 2,8 min metr olacaq hava limanının payızın əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulub.*
A.Əzizov