Baş Prokurorluq “BMS Aqro” MMC-nin direktoru Mülhazil Balakişiyev barəsində başlanmış cinayət işini baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib.
“M.Balakişiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib”, - deyə Baş Prokurorluğun məlumatında bildirilir.
İş üzrə materiallara əsasən, M.Balakişiyev 2 milyon 212 min manat məbləğində vəsaiti mənimsəməkdə təqsirli bilinir.
«Aqrolizinq» ASC tərəfindən keçirilən tenderdə iştirak edib qalib olan M.Balakişiyev texnikanın alınması haqqında bağlanmış müqavilə əsasında ona ödənilmiş 2 milyon 212 min manatı mənimsəyib.
İbtidai istintaq zamanı «Aqrolizinq» ASC-yə vurulmuş 2 milyon 212 min manat məbləğdə maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib.*
B.Rüstəmbəyov