Azərbaycanda “CPM-İnvest İnvestisiya Şirkəti” QSC dövlət qeydiyyatına alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
“Şirkətin nizamnamə kapitalı 400 min manat, qanuni təmsilçisi Nəriman Hadıyevdir. Cəmiyyətin Müşahidə Şurasının tərkibinə Adil Gözəlov, Ayaz Əliyev və Xaqani Hüseynov daxildir”, - deyə məlumatda bildirilir.
Şirkət 2021-ci il yanvarın 27-də dövlət qeydiyyatına alınıb.
Bundan başqa, Dövlət Vergi Xidməti 2021-ci il yanvarın 25-də nizamnamə kapitalı 10 min manat olan «Caspian engineering procurement and construction» MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətin qanuni təmsilçisi İsa Dadaşlıdır. İdarə Heyətinin tərkibinə Vüqar Şərifov, Samir Həsənov, Mikayıl İsmayılov və Rüfət Səfərov daxildir.
DVX 2021-ci il yanvarın 25-də “Şelkovo Aqroxim” SC-nin Azərbaycandakı törəmə şirkətini qeydiyyata alıb. Şirkətin nizamnamə kapitalı $10 min, təmsilçisi Şirvan Əhmədovdur.*
Ə.Məmmədov