2021-ci ilin yanvar-fevral aylarının yekunları üzrə Dövlət Vergi Xidməti (DVX) vergi daxilolmaları üzrə planı 18,7% icra edib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O, həmçinin bildirib ki, yanvar-fevral aylarında qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon manat təşkil edib.
2021-ci il üçün Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 7 milyard 250 milyon manat səviyyəsində nəzərdə tutulub.
2020-ci ildə DVX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 7 milyard 388,6 milyon manat təşkil edib.*
B.Rüstəmbəyov