Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın səlahiyyətlərinə martın 4-də xitam veriləcək. Bu barədə Ermənistan mətbuatı yerli qanunvericiliyə istinadla məlumat yayıb.
Qeyd edilir ki, əgər prezident baş nazirin təklifini qəbul etməyərək O.Qasparyanın vəzifədən azad edilməsi haqqında fərmanı imzalamaqdan iki dəfə imtina edirsə, fərman avtomatik olaraq qüvvəyə minir.
Ermənistanın hakim strukturları bu məsələni hələlik şərh etməyib.*