2021-ci ilin yanvar-fevral aylarında icbari dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8% artıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” səhifəsində yazıb.
"Əmək bazarında şəffaflaşmaya yönələn islahatlar uzunmüddətli hədəflərə söykənir. Bu ilin 2 ayı ərzində icbari dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8% artıb. Proqnozdan əlavə daxilolma 65,4 milyon manat təşkil edib”, - deyə o qeyd edib.*
R.Əhmədov