Azərbaycan Müdafiə Nazirliyi Pakistan hərbi nümayəndə heyətinin ölkəmizə səfəri barədə məlumat verir.
“Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib”, - məlumatda deyilir.
Məlumata əsasən, martın 6-na kimi davam edəcək səfər çərçivəsində general Raza ölkəmizdə bir sıra görüşlər keçirəcək. **
X.Nəsirzadə