“Təmiz Şəhər” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditorunun seçimi barədə elan edib.
Seçim kotirovka sorğusu üsulu ilə keçirilir.
Şərtlərə əsasən, qalib “Təmiz Şəhər” və Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyətinin auditini həyata keçirəcək.
Təkliflər 4 mart saat 15:00-dək qəbul olunur.
Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz Şəhər” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Vergilər Nazirliyi 2009-cu ilin martında 500 min manat nizamnamə kapitalı ilə “Təmiz Şəhər” ASC-ni qeydiyyata alıb. **
Ə.Məmmədov