Azərbaycanda 313,5 mindən artıq vətəndaş COVID-19 koronavirus infeksiyası əleyhinə vaksinasiya edilib. Bu barədə “İnterfaks-Azərbaycan”a Operativ Qərargahdn məlumat verilib.
“Mart ayının 3-nə 313,583 min vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib”, - Qərargahdan qeyd olunur.
Azərbayan əhalisi 10,1 milyon nəfəri ötür. Beləliklə, əhalinin 3,1%-i COVİD-19 əleyhinə vaksinasiya edilib.
2021-ci il yanvarın 18-də Azərbnaycanda koronavirus əleyhinə vaksinasiya prosesinə start verilib.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesihəyata keçirilir. **
R.Əhmədov