Martın 3-dən Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”)Azərbaycandan pomidor və alma ixracatçılarının siyahısını genişləndirib.
Xidmətin məlumatına görə, daha 19 müəssisəsidən pomidor ixracına, 8 müəssisəsidən - alma ixracına icazə verilib.
Bu qərar karantin fitosanitar ekspertizanın nəticələri üzrə qəbul olunub. İxrac Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)zəmanəti ilə həyata keçiriləcək.
Yeni ixracatçıların siyahısı “Rosselxoznadzor”un saytında dərc olunub.
Azərbaycandan idxal olunan alma və pomidor məhsullarında karantin obyektlərinin aşkarlanması ilə əlaqədar “Rosselxoznadzor” 10 dekabr 2020-ci il tarixində bu məhsulların Rusiyaya idxalına məhdudiyyət tətbiq etmişdi. Tərəflər aparılan danışıqlar çərçivəsində bu məhsulun Azərbaycandan Rusiyaya ixracı zamanı regionlaşma prinsipinin tətbiqi məsələsini müzakirə ediblər. Bu prinsip yalnız karantin obyektləri aşkar olunmayan regionlardan məhsulların gətirilməsini nəzərdə tutur. **
B.Rüstəmbəyov