Azərbaycanda koronavirus infeksiyasına 319 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 235,333 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 352 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 230 nəfərə çatıb.
Virusa yoluxmuş 229,143 min nəfər (sutka ərzində +161) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 960 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 928 (ötən gün 7 996 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 618,808 min test aparılıb.**
X.Nəsirzadə