Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi (Teleradio) televiziya və radio yayım avadanlıqlarının satın alınmasına 17 milyon manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, regionlarda televiziya və radio yayımının keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün rəqəmli TV və FM radio yayım avadanlıqlarının satın alınması məqsədilə Litvanın “Vigintos Elektronika” QSC ilə müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 17 milyon 44 min manatdır (cari məzənnə ilə $10,025 milon). **
B.Rüstəmbəyov