Ermənistan XİN başçısı Ara Ayvazyan erməni əsirlərin Azərbaycandan qaytarılması prosesində Rusiyanın vacib rolundan bəyan edib.
“Biz regionda Rusiyanın çox əhəmiyyətli rolundan çıxış edirik. Müxtəlif kanallar vasitəsilə, həmçinin prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu səviyyəsində bu məsələlərlə əlaqədar bilavasitə təmaslar baş tutur. Rusiya tərəfi bu məsələni tədricən Azərbaycan rəhbərliyi qarşısında qaldırır”, - Ayvazyan bu gün parlamentdə deputatların suallarına cavabında bildirib. **