2020-ci ildə Azərbaycanda dövlət təşkilatları tərəfindən tenderlər və kotirovka sorğusu əsasında həyata keçirilən dövlət satınalmalarının həcmi 2019-cu illə müqayisədə 14,8% - 6 milyard 567 milyon 210,1 min manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən məlumat verilib.
2020-ci ildə dövlət strukturları tərəfindən ümumilikdə 9,203 min tender və kotirovka sorğusu (müsabiqələr) keçirilib və 2019-cu illə müqayisədə onların sayı 19,7% azalıb.
Tenderlər və kotirovka sorğusu üsulu ilə satınalmaların həyata keçirilməsi 305,478 milyon manat məbləğində vəsaitə (artım 12,8%) və ya dövlət satınalmalarının dəyərinin 8,3%-nə qənaət etməyə imkan verib.
2020-ci ildə 5,161 min kotirovka sorğusu keçirilib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 18,4% azdır. Kotirovka sorğusu üsulu ilə həyata keçirilən dövlət satınalmalarının ümumi dəyəri cəmi 111,537 milyon manat təşkil edib.
Azərbaycanda dövlət satınalmalarının dəyəri 50 min manatdan artıq olduqda dövlət strukturları tərəfindən tender keçirilməlidir.*
B.Rüstəmbəyov