2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə fermerlərə ümumilikdə 84,964 milyon manat məbləğində kredit ayrılıb.
“Ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına 84,964 milyon manat kredit ayrılıb. Bu vəsaitin 47,653 milyon manatını 4,034 min hüquqi və fiziki şəxsə verilmiş güzəştli kreditlər təşkil edir”, - deyə AKİA-dan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Eyni zamanda, kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə 37,311 milyon manat kredit və 73 milyon 616,9 min manat güzəşt məbləği ayrılıb.
2020-ci ildə damazlıq heyvanların alınması üçün AKİA tərəfindən 136,4 min manat kredit və 16,644 milyon manat güzəşt məbləği ayrılıb.
Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının aldıqları damazlıq heyvanın qiymətinin 60%-i, texnikanın qiymətinin isə 40%-i dövlət tərəfindən ödənilir.
Prezident İlham Əliyev 2020-ci ilin aprel ayında koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bu məqsədlə Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrılıb.
Mikrokreditlərin maksimal həddi 15 min manat, müddəti 3 il, illik faiz dərəcəsi 12% təşkil edir.*
B.Rüstəmbəyov