2020-ci ildə Azərbaycanda fermerlərə ümumilikdə 277,84 milyon manat məbləğində subsidiya verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən məlumat verilib.
Subsidiyalar pambıq, tütün, şəkər çuğunduru, barama və s. məhsulların istehsalçılarına verilib.
AKİA qeyd edir ki, 409,141 min istehsalçıya becərdikləri əkinlərə və çoxillik əkmələrə görə 232,935 milyon manat məbləğində subsidiyası verilib.
Bundan başqa, 23 rayon üzrə 16,683 min pambıq istehsalçısına pambıq emalı ilə məşğul olan şəxslərə təhvil verdikləri 283,62 min ton xam pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 28,361 milyon manat məbləğində subsidiya verilib.
Habelə ötən il 44,433 min fermerə süni mayalanma yolu ilə alınmış heyvanlara görə 8 milyon 389,5 min manat məbləğində subsidiya ödənilib.
Subsidiyaların qalan həcmi bal, tütün, barama və digər məhsulların istehsalçılarının payına düşüb.*
B.Rüstəmbəyov