Yaxın vaxtlarda Qaradağ rayonunda gips əsaslı məmulatlar zavodu fəaliyyətə başlayacaq, layihənin investisiya dəyəri 23 milyon manatdır ($13,5 milyon). Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Qaradağ rayonunda gips əsaslı məmulatlar zavodu inşa edilib. İldə 8 milyon kv.metr gips məmulatlar (alçipan) istehsal etmək gücündə olan zavodda son tamamlama işləri aparılır”, - deyə məlumatda bildirilir.
Ümumi investisiya dəyəri 23 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.
Zavodda 100 iş yeri açılacaq.*
B.Rüstəmbəyov