Azərbaycan Braziliya ilə kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumunun imzalanmasını vacib hesab edir. Bunu Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov deyib.
“Səfir E.Poluxov Braziliyanın kənd təsərrüfatı, heyvandarlıq və ərzaq təminatı naziri Tereza Kristina ilə görüşüb. Görüş zamanı səfir əməkdaşlığın bütün imkanlarından istifadə edilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında Anlaşma Memorandumunun imzalanmasının vacibliyini vurğulayıb”, - deyə Azərbaycanın Braziliyadakı diplomatik missiyasının məlumatında bildirilir.
O, həmçinin qeyd edib ki, Azərbaycan kənd təsərrüfatı sektoruna xüsusi diqqət yetirir və Braziliya şirkətlərinin bu sahəyə sərmayə yatırmasını mümkün və zəruri hesab edir.*
B.Rüstəmbəyov