“Bakı Metropoliteni” QSC kabellərin satın alınması və çəkilməsinə, eləcə də işıqlanma sisteminin satın alınmasına 260 min manata yaxın vəsait yönəldəcək.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, “Universal PRO” MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlərə “Bakı Metropoliteni” QSC-nin “Koroğlu”, “Qara Qarayev”, “Sahil”, “Nizami”, D-1 dartı yarımstansiyaları və 220 saylı rayon yarımstansiyaları arası kabellərin çəkilməsi, III yeni (“Bənövşəyi”) xəttə aid “Avtovağzal”-“Xocasən Elektrik Deposu” mənzil tunellərində işıqlanma sistemi və “8 Noyabr” stansiyasının dizel generatoru üçün kabellərin satın alınması daxildir.
Müqavilənin dəyəri 259 min 869,63 manatdır.*
N.Abbasova