Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tədqiqat Mərkəzi yaradılacaq. Bunu Prezident İlham Əliyev deyib.
“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik”, - deyə İ.Əliyev bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Zirvə toplantısında Tədqiqat Mərkəzinin nizamnaməsi imzalanacaq.*
X.Nəsirzadə