Prezident İlham Əliyev COVID-19 əleyhinə vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında ədalətsiz şəkildə bölünməsini pisləyib.
“Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq”, - deyə dövlət başçısı bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb və regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biridir.
Qeyd edək ki, Azərbaycanda “CoronoVac” peyvəndi ilə vaksinasiya aparılır.
Martın 4-nə ölkədə əhalinin 3%-dən çoxu vaksinasiya edilib.*
X.Nəsirzadə