Azərbaycan aprel ayında gündəlik neft hasilatını 595 min barrel səviyyəsində saxlayacaq ki, bu da cari ilin I rübünün göstəricisinə uyğundur. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Bu razılaşma “OPEC plus” ölkələri nazirlərinin bu gün gün keçirilmiş 14-cü iclasının yekunları üzrə əldə edilib.
“OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları apreldə 6,9 milyon barrel təşkil edəcək.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov əldə edilmiş razılaşmanı şərh edərək bildirib ki, əvvəlki dövrlərlə müqayisədə hazırda neft bazarı nisbətən balanslaşıb, lakin hələ də risklər aradan qalxmayıb. Bununla əlaqədar o, tənzimləmə prosesinə ehtiyatlı yanaşma sərgilməyə çağırıb. “Hazırkı qiymət artımını neftə tələbat göstəricilərindən çox mövcud qlobal konyuktura şərtləndirir. Bu aspektdə bazardakı real vəziyyətə uyğun optimal addım hasilata korreksiyaları bir qədər təxirə salmaqdır”, – deyə nazir vurğulayıb.*
A.Əzizov