Qazaxıstan istehsalçıları Azərbaycana məhsulların ixracını təşkil etmək istəyirlər. Bu barədə “Azərbaycanda Qazaxıstan Ticarət Evi”nin rəhbəri Rüfət Rzayev bəyan edib.
“Qazaxıstanın iş adamları Azərbaycana məhsullarının ixracını təşkil etmək istəyirlər. Hazırda danışıqlar aparılır”, - Rzayev “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, xüsusilə Qazaxıstandan metallurgiya məhsullarının ixarcı müzakirə olunur.
Rzayev qeyd edib ki, tərəflər arasında razılıq əldə olunduğu halda Ələt azad iqtisadi zona ərazisində liman anbarı inşa oluna bilər, Qazaxıstandan sərmayələrin cəlb edilməsi mümkündür. “İndi dəqiq müzakirələr aparılır, xüsusilə də metalın qiymətinin mühüm dərəcədə artımı müşahidə olunur”, - o əlavə edib. **
X.Nəsirzadə