2021-ci il yanvarın 1-nə Azərbaycanın ümumi təhsil müəssisələrində müəllim heyətinin 80%-dən çoxunu qadınlar təşkil edir. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilir.
DSK-nın məlumatına görə, ümumi təhsil müəssisələrində müəllim heyətinin 81%-ni, ortaixtisastəhsilimüəssisələrində - 77,9%-ni, ali təhsil müəssisələrində - 54,8%-ni qadınlar təşkil edirlər.
Həmçinin DSK qeyd edir ki, ümumi təhsil müəssisələrində təhsil alanların 46,4%-ni, ortaixtisastəhsilimüəssisələrində təhsil alanların 62,4%-ni, ali təhsil müəssisələrində təhsil alanların 48,9%-ni qızlar təşkil edirlər.
Cari il yanvarın 1-nə işlə təmin edilən əhali arasında 48,2% qadınların payına düşür. Dövlət qulluqçuları arasında qadınların payı 29%, sahibklarlar arasında -21,3% təşkil edir.
Statistik məlumatlara əsasən, əgər 2008-ci ildə sürücülük vəsiqəsi əldə edən qadınların payı 4,6% təşkil edibsə, 2020-ci ildə bu göstərici 7,5%-ə çatıb.
2021-ci il yanvarın 1-nə Azərebaytan əhalisinin 50,1%-ni qadınlar təşkil edir. 2020-ci ildə Azərbaycanda 126,6 min uşaq dünyana gəlib. Onların 46,7%-ni qızlar təşkil edib. **
B.Rüstəmbəyov