Cümə günü Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib. Bu barədə partiyadan məlumat verilib.
Qurultayda Yeni Azərbaycan Partiyasının ötən 3 il ərzində gördüyü işlərlə bağlı çıxışlar dinlənilib., rəhbər strukturlar yenidən formalaşdırılıb.
“Qurultay zamanı 6 partiyanın - Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası YAP-a qoşulmasına dair qərar qəbul olunub”, - partiyadan vurğulanıb.
Beləliklə, Azərbaycanda siyasi partiyaların sayı 62-dən 56-dək azalıb.
Bundan başqa, hakim partiyanın 40 nəfər tərkibdə yeni İdarə Heyəti formalaşıb.
Yeni İdarə Heyətinə bir neçə veteranlar daxil olmaylb, onlar üçün 35 nəfərdən ibarət xüsusi Veteranlar Şurası yaradılıb. **
Ə.Məmmədov