Azərbaycan prezidenti, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev partiya rəhbərliyinin yeni tərkibini təsdiq edib.
“İnterfaks-Azərbaycan”a hakim partiyadan verilən məlumata görə, yeni tərkibdə rəhbərlik YAP-ın cümə günü keçirilən VII qurultayında qəbul olunan yeni Nizamnaməsinə uyğun olaraq qəbul olunub.
Xüsusilə, birinci xanım, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini təyin olunub.
Bundan başqa, Əli Əhmədov partiya sədrinin müavini, postunda qalıb.
O cümlədən, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.
Xəbər verildiyi kimi, qurultayda hakim partiyanın 40 nəfər tərkibdə yeni İdarə Heyəti formalaşıb. **
X.Nəsirzadə