Cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Zoltan Hernyeşi qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bayramov Azərbaycan ilə Avropa Şurası arasındakı əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. Bu xüsusda, Azərbaycan ilə təşkilat arasında dialoqun davam etdiyi, bir sıra layihələrin həyata keçirildiyi vurğulanıb.
“Görüş zamanı Bayramov qarşı tərəfi bölgədəki cari vəziyyət, postmüharibə sonrası bölgədə həyata keçirilən tədbirlər, əməkdaşlıq imkanları barədə məlumatlandırıb. Hernyeş Avropa Şurasının Azərbaycan ilə münasibətlərinin inkişaf etdirilməsinə hazır olduğunu və qətiyyətini ifadə edib. Hernyeş təmsil etdiyi təşkilatın hazırkı mərhələdə müxtəlif sahələrdə Azərbaycana yardım etmək niyyətini qeyd edib”, - məlumatda qeyd olunur.
Tərəflər arasında, həmçinin əməkdaşlıq üzrə yeni 2022-2025 illər üzrə fəaliyyət planının işlənib hazırlanması, yeni layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı səfər mübadilələrinin reallaşması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb. **
Ə.Məmmədov