Azərbaycanda koronavirus infeksiyasına 195 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 236,963 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 403 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3247 nəfərə çatıb.
Virusa yoluxmuş 229,789 min nəfər (sutka ərzində +71) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 927 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 624 (ötən gün 8 169 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 657,999 min test aparılıb.*
X.Nəsirzadə