Ermənistan rəhbərliyi UNİCEF-in bu respublikadakı ofisinin rəhbəri Marian Klark-Hattinqin fəaliyyətini dayandırıb.
“Klark-Hattinqin mandatının reallaşdırılmasında nöqsanları və əməkdaşlıq olmadan fəaliyyəti Ermənistan tərəfi üçün problemə çevrilib, bu səbəbdən Ermənistan hökuməti UNİCEF-in ofisinin rəhbəri qismində onun fəaliyyətini dayandırmağı qərara alıb”, - Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan “İnterfaks”a bəyan edib.
Önvə KİV-də yayılan məlumata əsasən, Klark-Hattinq Azərbaycan və Böyük Britaniyanın xeyrinə casusluqda şübhəli bilinərək Ermənistan hökuməti tərəfindən arzuolunmaz şəxs elan olunub. **