“Sumqayıt Kimya Sənaye Parkı” MMC Mingəçevir Sənaye Parkının şəhərsalma əsaslandırılması layihəsinin və daxili mühəndis-kommunikasiya təminatı sistemi layihəsi üzrə layihə-smeta sənədlərinin hazırlanması işləri üçün podratçı seçir.
Seçim təkliflər sorğusu üsulu ilə keçirilir. Sorğuda iştirak haqqı – 300 manatdır.
İşlər 11.2 hektar ərazidə yerinə yetirilməlidir.
Təkliflər 12 mart saat 13:00-dək qəbul olunur. Zərflərin açılması 12 mart saat 17:00-da baş tutacaq.
Hazırda SKSP Azərbaycanda 4 sənaye parkının operatorudur - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı.**
B.Rüstəmbəyov