"Bakı Metropoliteni” QSC “Elmlər Akademiyası” və “Depo-1” metro stansiyalarının ərazisində təmir və abadlıq işlərinin aparılması üçün materialların tədarükçüsünü seçir. Bu barədə “İnterfaks-Azərbaycan”a QSC-dən məlumat verilib.
Seçim açıq tender üsulu ilə keçirilir.
İştirak haqqı – 250 manatdır.
Tender təklifləri 13 aprel saat 15:00-dək qəbul olunur. Tender proseduru 14 aprel saat 15:00-da baş tutacaq.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfəri ötür.**
N.Abbasova